Dünən cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb. Report

DİGƏR XƏBƏRLƏR

Top