Dünyanın ən zəngin adamı bir gecəyə 6,5 milyard dollar varlanıb

“Amazon” şirkətinin təsisçisi və baş səhmdarı Ceff Bezos bir gecənin içində 6,5 milyard dollar varlanıb.

Yeniavaz.com-un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, onun səhmləri fevralın 1-də gecə sessiyaları zamanı 6,2 faiz bahalaşıb.

Nəticədə C. Bezosun aktivlərinin ümumi məbləği 123 milyard dolları ötüb ki, bu da dünyanın ən zəngin insanları siyahısında ikinci yeri tutan Bill Qeytsin sərvətindən təqribən 30 milyard dollar çoxdur.

Qeyd edək ki, C. Bezos “Amazon”u 1994-cü ildə təsis edib.

DİGƏR XƏBƏRLƏR

Top