İran son 25 ildə ilk dəfə ABŞ-a qara kürü ixrac edib

İran son 25 ildə ilk dəfə olaraq ABŞ-a qara kürü tədarük edib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, söhbət balıqçılıq təsərrüfatlarında əldə olunmuş 10 kiloqram kürüdən gedir. Bu cür məhsulun 1 kiloqramının qiyməti 1600 dollaradək çatır.

Tədarükü ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin verdiyi lisenziya əsasında İranın “Agriculture Services Specialized Holding Company” şirkəti həyata keçirib. Qeyd edək ki, İran dünyada qara kürünün ən iri ixracatçısı olaraq qalır.

İranın Gömrük İdarəsinin məlumatına əsasən, İran təqvimi (2017-ci il martın 21-də başlayıb) üzrə cari ilin ilk 7 ayı ərzində ölkə xaricə 1,37 milyon dollar dəyərində 557 kiloqramdan çox qara kürü satıb.

Əsas alıcılar Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Küveyt, BƏƏ, Sinqapur, Fransa, ABŞ və Yaponiyadır. İranın Balıqçılıq Təşkilatının məlumatına görə, Xəzər hövzəsinin ölkələri dünya qara kürü ixracının 80 faizini təmin edir. Ağbalığın kürüsü ən dəyərli hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top