
Moldovanın Rumıniya ilə birləşməsi vətəndaş müharibəsinə gətirib çıxaracaq.
Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu Moldova Prezidenti İqor Dodon deyib.
Onun sözlərinə görə, Moldova vətəndaşlarının bir qisminin uğrunda mübarəzi apardığı Rumıniya ilə birləşmə vətəndaş müharibəsi anlamına gəlir: “Mən Prezident qismində Moldova dövlətçiliyinin ləğvinə yol verməmək üçün bütün qanunu üsullardan istifadə edəcəm”.
İ. Dodon problemi demokratik yolla həll etmək məqsədilə referendum keçirməyi təklif edib.
Tətbiqimizi yükləyə bilərsiniz