Türkiyədə İŞİD-in “mətbuatdan məsul” üzvü tutuldu

Türkiyənin Kocaeli vilayətində İŞİD terror qruplaşmasının “mətbuatdan məsul olan” üzvü tutulub.

Yeniavaz.com-un DHA-ya istinadən verdiyi məlumata görə, saxlanılan 22 yaşlı Suriya vətəndaşı Əbdülbəsit Əbdüləziz Hammuddur.

O, terror təşkilatının fəaliyyətlərini kamareya çəkərək internerdə yayımlayıb.

Terrorçunun Suriyanın Hələb şəhərindən qaçaq yolla Türkiyəyə gəldiyi bildirilir.

Ə.Ə. Hammud saxta şəxsiyyət vəsiqəsilə Derince rayonunda kirayə evdə qalıb. O, İŞİD-ə 4 il əvvəl qoşulub. Terrorçu məhkəmə tərəfindən həbsə atılıb.

DİGƏR XƏBƏRLƏR

Top