Tehranda qadınların kütləvi etiraz aksiyası

Tehran polisi hicabın geyilməsinə qarşı keçirilən etirazlarda iştrak edən 29 qadını saxlayıb.

Yeniavaz.com-un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanmaya səbəb kimi ictimai asayişin pozulması göstərilir.

İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəzəri bildirib ki, keçirilmiş etirazlar “infantil”dir.

O hesab edir ki, etirazlar xaricdən təhrik edilir.

Qadınların etirazı 2017-ci ilin mayında qadın jurnalist Məsih Əlinejadın müəllifi olduğu “ağ çərşənbələr” kampaniyası çərçivəsində yanvarın 31-də keçirilib.

Jurnalist qadınları ağ rəngli hicab geyinməyə və ya başıaçıq gəlməyə çağırıb.

1979-cu ildə İran inqilabından sonra ölkədə qadınlar üçün baş örtüyünün geyinilməsi məcburi hal alıb.

DİGƏR XƏBƏRLƏR

Top