90 miqrant dənizdə batıb

Aralıq dənizində təqribən 90 miqrant batıb.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Oliviya Heyden deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında gəmi qəzası nəticəsində Liviya sahillərində 90 miqrant batıb.

O. Heyden qeyd edib ki, sahildə 10 nəfərin cəsədi tapılıb, onlardan ikisi liviyalı, səkkizi isə pakistanlıdır: “İki nəfər sağ qalıb, balıqçılar onları dənizdə götürüblər”.

DİGƏR XƏBƏRLƏR

Top