Almaniyanın ən böyük bankı 2,2 milyard avro zərər görüb

Almaniyanın ən böyük bankı olan “Deutsche Bank” maliyyə ilinin dördüncü rübündə proqnozların əksinə daha çox itkiyə məruz qalıb.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bank dördüncü rübdə 2,2 milyard avro dəyərində zərər görüb.

Proqnozlar isə 1,25 milyard avro səviyyəsindəydi.

Bu qədər böyük zərər ABŞ-dakı vergi islahatı və sərmayə bankçılığı üzrə gəlirlərin azalması ilə əlaqədardır.

Ümumilikdə isə “Deutsche Bank”ın 2017-ci il ərzində zərəri 497 milyon avro təşkil edib.

Proqnozlar isə 290 milyon avro olub. Bank son üç ili zərərlə başa vurur.

DİGƏR XƏBƏRLƏR

Top