Yıldırım: Afrindən Türkiyəyə 82 raket atılıb, 5 vətəndaş həlak olub

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusunun dəstəyi ilə yanvarın 20-dən etibarən Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı Afrindən Türkiyəyə 82 raket atılıb.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Afrindən Rehyanlı, Hatay və Kilis 82 dəfə raket atəşinə məruz qalıb.

Baş nazir qeyd edib ki, raket zərbələri nəticəsində 12 gün ərzində Türkiyənin 5 vətəndaşı həlak olub, 100-dən çox vətəndaş isə yaralanıb.

B. Yıldırım əlavə edib ki, “Fərat qalxanı” əməliyyatı nəticəsində Suriyada İŞİD terror qruplaşmasından azad edilmiş ərazilərdə 130 min suriyalı yerləşdirilib 160 min uşağa təhsil verilməyə başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top