Türkiyənin xarici ticarət dövriyyəsində 76,8 milyard dollarlıq mənfi saldo yaranıb


2017-ci il ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 390,8 milyard dollar olub. Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2016-cı illə müqayisədə 11,6% və ya 39,7 milyard dollar çoxdur. Bu dövürdə qardaş ölkədə ixracın həcmi 10,2% artaraq 157 milyard dollara, idxal isə 17,7% artaraq 233,8 milyard dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 76,8 milyard dollarlıq mənfi saldo yaranıb və 2016-cı illə müqayisədə 36,9% və ya 20,7 milyard dollar artıb.

DİGƏR XƏBƏRLƏR

Top