“Bitcoin”in qiyməti 9 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 9 min dollardan aşağı düşüb. Rusiya KİV bildirir ki, cümə günü dünyanın ən məşhur kriptovalyutası bitkoin (bitcoin) 4-14% ucuzlaşıb. Qeyd edək ki, "Facebook"da reklamına qadağa qoyulandan və Hindistanda rəqəmsal valyuta imkanlarının məhdudlaşdırılmasından sonra kriptovalyutalar ucuzlaşmağa başlayıb. “CoinMarketCap” portalının məlumatına görə, bitkoinin dəyəri 14,5% ucuzlaşaraq 8690 dollar olub. “Bitfinex”də bitkoin 13,82% ucuzlaşaraq 8790 dollara, “OKEx”də isə 12,8% ucuzlaşaraq 8800 dollar olub. Qeyd edək ki, digər kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. beləki, "Ethereum" 16,6% ucuzlaşaraq 956,8 dollara, "Ripple" 25,42% ucuzlaşaraq 0,85 dollara, "Bitcoin Cash"20% ucuzlaşaraq 1180 dollara düşüb. "CoinMarketCap"ın məlumatına görə, kriptovalyuta bazarının kapitallaşması 420,72 mlrd. dollar təşkil edir. Bundan əvvəl bu göstərici 511 mlrd. dollar olub. Hazırda bitkoinin bazar payı 35%, "Ethereum"un 22%, "Ripple"nin isə 8% təşkil edir. APA

DİGƏR XƏBƏRLƏR

Top