Türkmənistanda benzin bahalaşdı

2018-ci il, fevralın 1-dən Türkmənistanda benzinin qiyməti artırılıb. RİA Novosti agentliyinin xəbərinə görə, A-95 benzinin bir litrinin qiyməti 1,5 manat (bundan əvvəl 1 manat), A-92 benzinin qiyməti isə 1, 35 manat olub (bundan əvvəl 0,94). Hazırda Türkmənistanda manatın dollara nisbətən məzənnəsi 3,5 manat/$1 təşkil edir. Qeyd edək ki, 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. 2014-cü ildə bu qərar ləğv edilib.APA

DİGƏR XƏBƏRLƏR

Top