Hərbi məhkəmələrin səlahiyyətləri artırıldı - SƏRƏNCAM

Hərbi məhkəmələrin səlahiyyətləri artırılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

İndiyə qədər hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxıb.

Dəyişikliyə əsasən, bundan sonra hərbi məhkəmələr inzibati xətalar haqqında işlərə də baxacaq.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top