“Peşmərgə” Nobel Sülh Mükafatı ala bilər

İraq Kürdüstan Regional Hökumətinin kürd hərbiləşdirilmiş birləşmələri olan “Peşmərgə” Nobel Sülh Mükafatına namizəd göstərilib. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, “Peşmərgə”nin namizədliyini Norveç parlamentinin deputatı Ximanşu Qulati (hind əsilli) irəli sürüb. Onun sözlərinə görə, “Peşmərgə” İŞİD terror qruplaşması ilə mübüarizədə böyük töhfə verib. Deputat qeyd edib ki, “Peşmərgə” döyüşçüləri məhz sülh mükafatına layiqdirlər, hərçənd əllərində silah ilə İŞİD-lə mübarizə aparıblar.

Qeyd edək ki, yanvarın 31-i 2018-ci il Nobel Sülh Mükafatına nominasiyaların qəbul edildiyi son gündür. Sülh mükafatının laureatı oktyabrda açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top