NATO: Zəhlətökən Rusiya qlobal təhlükəsizlik üçün fundamental təhdiddir

Yaxın Şərqdə qeyri-sabitlik, zəhlətökən Rusiya, Şimali Koreyanın nüvə silahının güclənməsi müasir dünyanın təhlükəsizliyinə əsas təhdid təşkil edirlər.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, terrorçuluq isə əlavə təhlükə olaraq qalır.

Y. Stoltenberq bildirib: “Biz bütün nəsillər boyu təhlükəsizliklə bağlı ən çətin və ön görülməyən vəziyyətlə qarşılaşırıq. Yaxın Şərqdə və Şimali Afrikadakı qeyri-sabitlik, beynəlxalq sərhədləri pozan zəhlətökən Rusiya, Şimali Koreyanın nüvə silahının güclənməsi və qitələrarası ballistik raketlərin inkişafı qlobal təhlükəsizlik və sabitlik üçün fundamental təhdiddirlər. Terrorçuluğa və kiberhücumlara bənzər çağırışlar isə sərhəd tanımır ki, bu da təhlükəsizliyimizi əlavə olaraq pozur”.

DİGƏR XƏBƏRLƏR

Top