Bakıda yanacaq daşıyan maşın təhlükəli anlar yaşatdı - VİDEO

Bakıda yanacaq daşıyan maşının sürücüsü yol qaydalarını kobud şəkildə pozub.

Hadisə Nobel prospektində baş verib.

Belə ki, intizamsız sürücü həm özünün, həm də başqalarının həyatını təhlükəyə atıb.

“30-ZA-114” dövlət nömrə nişanlı yanacaq daşıyan maşının sürücüsü təhlükəli manevrlər edib, sürət həddini keçib.

Gah sağdan, gah soldan ötmə əməliyyatı edib, gah da anidən əyləcə basıb.

“Bu, işverənlik deyil, bu, kiminsə həyatını törədiləcək qəzadan qurtarmaqdır!”, - deyə hadisəni lentə alan prodüser Tarix Əliyev qeyd edib. Oxu.az

video

DİGƏR XƏBƏRLƏR

Top