Vergi dərəcəsi: Gürcüstanda 16,4%, Ermənistanda 18,5%, Azərbaycanda 39,8%

Dünya Bankı və "Price Waterhouse Coopers" (PwC) audit şirkəti tərəfindən hazırlanan "Paying taxes-2018" adlı hesabatda göstərilir ki, Azərbaycanda vergi yükü 39,8% səviyyəsindədir.

Yeniavaz.com "Paying taxes-2018"adlı hesabata istinadən bildirir ki, bu göstəriciyə görə Azərbaycan region ölkələri arasında orta sıralarda qərarlaşıb. Hesabatda qeyd olunur ki, region ölkələri arasında vergi yükünün ən aşağı səviyyədə olduğu ölkə Gürcüstandır. Bu ölkədə ümumi vergi yükü 16,4% təşkil edib. İkinci sırada Ermənistan qərarlaşıb. Ermənistanda vergi yükü 18,5% həddindədir. Bundan başqa Qırğızıstanda 29%, qazaxıstanda 29,2%, Ukraynada 37,8%, Özbəkistanda 37,8%, Moldovada 40,4%, Türkiyədə 41,1%, İran 44,7%, Rusiyada 47,5%, Belarusda isə 52,9% səviyyəsində olub.

DİGƏR XƏBƏRLƏR

Top