Gördüyü işlərə görə orden və medala layiq görülən İCRA BAŞÇILARI - SİYAHI

Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, İcra Hakimiyyəti başçıları arasında da öz fəaliyyətləri ilə onu qane edənləri müxtəlif orden və medallarla təltif edir. Bir çoxlarında belə təəssürat var ki, əgər dövlət başçısı bir icra başçısını medalla təltif edibsə, bu onun "toxunulmazlığı" deməkdir. Əslində isə belə deyil, orden-medalla təltif edilən, ancaq bir müddət sonra yol verdiyi nöqsanlara görə işdən çıxarılan da var. Məsələn, Prezident İlham Əliyev bir neçə il öncə Yasamal Rayon İcra Hakimiyyətinin (sabiq) başçısı İbrahim Mehdiyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdı. Lakin sonradan işində yol verdiyi nöqsanlara görə işdən çıxarıldı.

Yeniavaz.com saytı gördüyü işlərə görə orden və medala layiq görülən icra başçılarını təqdim edir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət başçısı tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev 30 mart 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 4 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, bu ordenə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə layiq görülüb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da ordenlə təltif olunanlardandır. 06.08.2013-cü il tarixdə Prezidentin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezidentin 12.07.2012-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 17 aprel 2016-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də xidmətlərinə görə mükafatlandırılanlardandır. Dövlət başçısının sərəncamı ilə Alı Alıyev "Şöhrət" ordeni ilə təltif edilib.

"Şöhrət" ordeninə layiq görülən İcra Hakimiyyəti başçılarından biri də Mərdan Camalovdur. Hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Mərdan Camalov Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə bu orden ilə təltif edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top