Bakı Avropa Şurası ölkələri arasında mer seçməyən yeganə paytaxtdır

Azərbaycanın "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmasından 26 ildən artıq vaxt ötür və bu müddət ərzində ölkənin paytaxtı Bakı şəhərində mer (bələdiyyə) seçkiləri keçirilməyib.

Yeniavaz.com Milli Məclis tərəfindən qəbul edilən və 25 dekabr 2001-ci il tarixində ölkə prezidenti tərəfindən təsdiq olunan "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa istinadən bildirir ki, həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndinə görə Yerli özünüidarə azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət şuralar yaxud yığıncaqlar tərəfindən həyata keçirilir. Lakin məlum olduğu kimi, hazırda Bakı şəhərinin idarə olunmasında iştirak edən orqanlar seçki yolu ilə formalaşmayıb.

Məlumat üçün bildirək ki, Azərbaycandan başqa "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulan dövlətlərin hamısı istisnasız olaraq bu tələblərə əməl ediblər. Beləki Avropa Şurasına üzv olan 47 dövlət arasında yalnız Bakı meri (bələdiyyə sədri) seçkisiz vəzifə icra edir.

Avropa Şurasına üzv olan dövlətlər arasında Avropa Xartiyasının tələblərinə ən gec əməl edən Rusiyada belə Moskva meri seçkilər vasitəsilə müəyyən olunur. Paytaxt Moskvanın hazırkı meri Sergey Sobyanin 2013-cü ildə keçirilən seçkilərdə moskvalıların 52%-ə yaxınının səsini qazanaraq şəhəri idarə etmək hüququ əldə edib. Yola saldığımız 2017-ci ildə Avropa Şurasına üzv olan daha iki qonşu ölkədə - Gürcüstan və Ermənistanda da paytaxt merinin kimliyi seçkilər vasitəsilə müəyyən edilib. Yerevanın hazırkı meri Taron Markaryan paytaxt seçicilərinin 71%-nin, Tblisi meri Kaxa Kaladze isə seçicilərin 51%-nin səsini toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top