Türkiyənin turizmdən əldə etdiyi gəlir artıb

Ötən il Türkiyəyə səyahət edənlərin sayı 2016-cı illə müqayisədə 28 faiz artaraq 32 milyon 410 min 34 nəfərə çatıb.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, hesabat dövrü ərzində turizmdən əldə edilən gəlir 19 faiz artaraq 26,3 milyard dollar təşkil edib.

2017-ci ildə Türkiyəyə ən çox səyahət edənlər Rusiya vətəndaşları (4 milyon 715 min 438) olublar. Bu ölkəyi Almaniya (3 milyon 584 min 653), İran (2 milyon 501 min 948), Gürcüstan və Bolqarıstan izləyir. Səyahətçilərin Türkiyədə adambaşına çəkdiyi xərcləri isə azalıb.

Belə ki, 2016-cı ildə adambaşına düşən xərc orta hesabla 705 dollar təşkil edirdisiə, ötən il bu rəqəm 3,4 faiz azalaraq 681 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top