Türkiyə klubu futbolçunu bitkoinlə transfer etdi

Türkiyənin “Harunustaspor” həvəskar futbol klubu Ömər Fərrux Kıroğlu adlı futbolçunu bitkoinlə klubun sıralarına qatıb.

Transfer məbləğinin bir hissəsi 2500 lirə təşkil edir və nağd şəkildə ödənilib. Yerdə qalan məbləği ödəmək üçün türk klubu hazırkı kursla 0,0524 bitkoinlə (təxminən 918 manat) hesablaşıb.

Kriptovalyuta ilə transfer sövdələşməsi artıq futbol tarixində bir ilkə çevrilib. Bundan əvvəl Danimarkanın hokkey klubu rəhbərliyinin oyunçulara maaşı bitkoinlə verməyi təklif etməsi barədə xəbər yayılmışdı. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top