“Alov qüllələri”nin sürüşmə təhlükəsi varmı?

Bakıda “Alov qüllələri”nin (“Flame towers”) yerləşdiyi ərazinin sürüşmə təhlükəsi yoxdur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, “Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə vəziyyət stabildir:

“Həmin ərazi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır”.

Qeyd edək ki, bir sıra KİV-də “Alov qüllələri” binalar kompleksinin Bayıl yamacındakı sürüşmə sahəsi yaxınlığında yerləşdiyi üçün sürüşə biləcəyi ilə bağlı informasiya yayılıb. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top