Pentaqon sözçüsü: "Müttəfiqimiz olan Türkiyənin yanındayıq"

“Suriyanın Menbiç şəhəri ilə bağlı məsələni qarşılıqlı əməkdaşlıqla həll edilə bilərik və bu istiqamətdə müzakirələri davam etdirəcəyik”.

Bunu ABŞ-ın Müdafiə Nazirliyinin (Rentaqon) sözçüsü, mayor Adrian Qallovey bildirib.

O, “Türkiyə və ABŞ qüvvələri Menbiçdə qarşı-qarşıya gələ bilərmi” sualına cavab olaraq deyib ki, rəsmi Ankara ilə bütün səviyyələrdə problemin həllinə cəhd göstərirlər: “Bu zaman Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını göz önünə alır, İŞİD-ə qarşı təzyiqləri əvvəlki səviyyədə saxlamağa çalışırıq. Bu problem yalnız qarşılıqlı əməkdaşlıqla həll edilə bilər. NATO-dakı müttəfiqimizin yanındayıq. Türkiyənin rəsmi şəxsləri ilə müzakirələrimizi davam etdirəcəyik”.

Qeyd edək ki, rəsmi Ankara Suriyanın Afrin bölgəsindən sonra Menbiçdə antiterror əməliyyatını keçirəcəyini açıqlayıb. Türkiyə rəsmiləri bildirir ki, Suriyanın bu bölgəsi ərəblərə aiddir. Terrorçu PKK qruplaşmasnın Suriyadakı qolları olan PYD və YPG silahlıları bölgəni işğal ediblər. Vaşinqton isə orada hərbçilərinin olduğunu və Menbiçi tərk etməyəcəklərini elan etmişdi. Report

DİGƏR XƏBƏRLƏR

Top