Polşada bazar günləri ticarət qadağan edildi

Polşa Prezidenti Anjey Duda bazar günləri ticarətin qadağan edilməsi haqqında qanunu imzalayıb. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun 2018-ci ilin martından 2020-ci ilin yanvarınadək keçid dövrü ilə birlikdə tədricən tətbiq ediləcək. Belə ki, mağazalar cari ilin martından etibarən ayın ilk və sonuncu bazar günləri işləyə biləcəklər. 2019-cu ildə mağazalar ayın yalnız son bazar günündə açıq olacaq, 2020-ci ildən etibarən isə qadağa tam qüvvəyə minəcək. Qanun bir neçə istisnadan ibarətdir. İstisnalara əsasən, internet-mağazalara və yanacaqdoldurma məntəqələrindəki ticarət obyektlərinə bazar günləri ticarət aparmağa icazə veriləcək. Qanunu pozanları cərimə və ya azadlığın məhdudlaşdırılması gözləyir. Polşa Prezidenti bildirib ki, ticarətin bazar günləri qadağan edilməsi ailələrə müsbət təsir edəcək: “Bazar günü işləyən hər kəs üçün ailəsi ilə birlikdə keçirməyin mümkün olduğu gün deyil”.

DİGƏR XƏBƏRLƏR

Top