Ukraynada ilk dəfə qanadlı raket sınaqdan keçirildi

Bu gün Ukraynanın yerüstü əsaslı qanadlı raketinin ilk sınağı keçirilib. Yeniavaz.com-un UNIAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib. Onun sözlərinə görə, bu, çox vacib hadisədir, çünki Budapeşt memorandumuna müvafiq olaraq Ukrayna ordusu kütləvi tərksilah edildikdən sonra Silahlı Qüvvələrin heç bir qanadlı raketi qalmamışdı. A. Turçinov əlavə edib ki, qanadlı raketlərin uçuş məsafəsi və onların hərbi təchizatı Ukraynanın imzaladığı beynəlxalq sazişlərə uyğundur: “Qanadlı raket yerüstü və dənizdəki hədəfləri dəqiq məhv etmək iqtidarındadır. Bu texnika tamamilə Ukrayna istehsalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top