Türkiyə ordusu Afrində havadan bildirişlər atıb

Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusunun dəstəyi ilə yanvarın 20-dən etibarən Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bölgə sakinlərinə havadan yazılı bildirişlər atıb. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bildirişlər türk, ərəb və kürd dillərində hazırlanıb. TSQ “Bəsmələ” ilə başlayan bildirişdə əhaliyə PKK/PYD və İŞİD terror təşkilatlarına qarşı birlikdə mübarizə aparmağa çağırıb. Bildirişdə deyilir: “Terrorçuların övladlarınızdan istifadə etnəsinə, evinizi və gələcəyinizi çiynəmələrinə icazə verməyin. Terrorçulara “dayan” deməyin vaxtıdır. Terrorçulara qarşı həmişə birlikdə olaq. Terrorçulardan uzaq durun. Afrin afrinlilərindir”.

DİGƏR XƏBƏRLƏR

Top