Dünyanın ən yaşlı kişisi öldü

Dünyanın ən yaşlı kişisi Fransisko Nunyes Olivera İspaniyada dünyasını dəyişib. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ötən ilin dekabrında onun 113 yaşı tamam olub. F. N. Olivera 1904-cü il dekabrn 13-də Byenvenide şəhərciyində anadan olub və bütün ömrünü burada keçirib. Onun heç bir ciddi xəstəlik keçirmədiyi bildirilir. F. N. Oliveranın anadan olduğu şəhərcikdə matəm elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top