Rus əsgərini öldürən erməni İŞİD-çi çıxdı

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirmiş Arman Cancuqazyan internet vasitəsilə İŞİD terror təşkilat ilə əlaqə saxlayıb.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin müdiri Mikael Ambarsumyan deyib.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Dmitri Yalpayev ötən il aprelin 22-də öldürlülüb.

Qətldə təqsirləndirilən 21 yaşlı A. Cancuqazyan Stepanavan şəhərinin sakindir.

M. Ambarsumyan qeyd edib ki, A. Cancuqazyan Ermənistanda daimi yaşayıb: “Bundan sonra o, internetin köməkliyi ilə tanış olmağa və İŞİD-in fəaliyyətini dəstəkləməyə başlayıb. Cancuqazyan qətli öz təşəbbüsü ilə törədib, lakin internetdə özlərini terror qruplaşmasının üzvləri kimi təqdim edən şəxslərdən razılıq alıb”.

DİGƏR XƏBƏRLƏR

Top