Xamenei: ABŞ İŞİD-i Əfqanıstana daşıyıb

ABŞ İŞİD terror təşkilatını Əfqanıstana daşıyıb.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın dini lideri Ayətulla Əli Xamenei deyib. O, son günlər Əfqanıstanda törədilən və yüzlərlə insanın həlak olduğu terror aktlarının arxasında ABŞ-ın dayandığını iddia edib.

Suriya və İraqda zərərsizləşdirilən İŞİD-in ABŞ tərəfindən Əfqanıstana yönləndirildiyini deyən Ə. Xamenei qeyd edib ki, ABŞ İŞİD-i Əfqanıstana daşıyaraq bölgədə öz mövcudluğu üçün səbəb yaradır və İsrailin təhlükəsizliyini təmin etməyə çalışır.

ABŞ-ın dəstəklədiyi terror təşkilatlarının şiə və sünni arasında fərq qoymadan insanları hədəf aldığını vurğulayan Ə. Xamenei dqqətə çatdırıb ki, Vaşinqton bölgə ölkələrini bir-biri ilə toqquşduraraq İsraili unutdurmağa səy göstərir.

Xatırladaq ki, Əfqanıstanda son 1 ayda “Taliban” və İŞİD-in hücumları nəticəsində əksəriyyəti dinc sakin olan 282 adam həlak olub, 550-dən çox adam isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top