36 il sonra ilk dəfə “Mavi Super Qanlı Ay” görünəcək

Yanvarın 31-də axşam saatlarında 2015-ci ildən bəri ilk Ay tutulması baş verəcək.

Yeniavaz.com-un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu NASA-dan deyiblər. Bildirilir ki, gecə saatlarından başlayacaq tutulma Şimali Amerikanın qərb sahillərindən Sakit okeanın şərq sahillərinə qədər olan ərazidə birbaşa müşahidə ediləcək.

Tam Ay tutulması Yerin Günəş ilə Ay arasına girəndə Ayın bütünün Yerin kölgəsi altında qaldığı təbiət hadisəsidir. Bu zaman Günəş şüaları Aya çatmır, o, yalnız Yerdən əks olunan işıqla işıqlanır və bu səbəbdən qızılı rəngə bürünür.

Astronomlar bu vəziyyəti “Qanlı Ay” adlandırırlar. Digər tərəfdən Ay həmin aylıq dövrdə Yerə ən yaxın məsafədə olur, “Mavi Ay” halına düşür və ən böyük vəziyyətdə göründüyünə görə “Super Ay” adlanır. Bu üçlü görüntü sonuncu dəfə 1982-ci ildə müşahidə edilib.

“Mavi Super Qanlı Ay” bundan sonra ən tezi 2037-ci ildə görülə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top