“Facebook”dan yenilik

“Facebook” sosial şəbəkəsi istifadəçilərə, ilk növbədə yerli xəbərləri göstərəcək.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Facebook”un qurucusu Mark Zukerberq deyib.

O bildirib ki, sosial şəbəkənin təzə yenilənməsi yerli mənbələrdən xəbərlərin irəli çəkilməsini ehtiva edir: “İnsanlar daim bizə deyirlər ki, “Facebook”da daha çox yerli xəbərləri görmək istəyirlər. Yerli xəbərlər cəmiyyətlərimizdə önəmə malik problemləri başa düşməyə kömək edir və həyatımıza təsir edir”.

M. Zukerberq qeyd edib ki, dəyişiklik başlanğıcda “Facebook”un Amerika seqmentində olacaq.

DİGƏR XƏBƏRLƏR

Top