Ermənistanı Rusiyaya birləşdirən yeganə quru yolu bağlandı

Ermənistan və Rusiyanı birləşdirən yeganə quru yolunda - Stepantsminda-Lars avtomobil magistralında bu gün saat 10:00-dan etibarən nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistanın Nəqliyyat və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq yanvarın 30-31, həmçinin fevralın 1-3-ü tarixlərində də Stepantsminda-Lars avtomobil magistralının bağlı olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top