Qaz sobası 2 otaqlı həyət evində yanğına səbəb olub

Bu gün səhər saatlarında Mingəçevir şəhəri, Nəsimi 52 ünvanında Yavər Məhərrəmova aid 1 mərtəbəli, 2 otaqlı həyət evində yanğın baş verib. Yanğın nəticəsində 2 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Mingəçevir Yanğından mühafizə xidmətinin əməkdaşlarının yanğına müdaxiləsi zamanı 2 otağa birişik olan digər ev isə mühafizə olunub. Ev sahibinin dediyinə görə, yanğına səbəb qaz sobası olub. Dediyinə görə, səhər sobanı yandıran zaman boruda olan sızma evin yanmasına səbəb olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top