Ağ Ev Vaşinqtonun Rusiyadakı seçkilərə müdaxilə cəhdi iddiasını cavablandırmayıb

Ağ Ev Moskvanın ABŞ tərəfindən “Kreml məruzəsi” vasitəsilə Rusiyadakı seçkilərə müdaxilə etməyə cəhd etdiyinə dair iddiaları cavablandırmayıb.

Bu barədə RİA Novosti agentliyi Ağ Evin rəsmi nümayəndəsi Rac Şaha istinadən məlumat verib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, məruzə ABŞ tərəfinin Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdidir.

Qeyd edək ki, yanvarın 29-da ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların detallarına dair Konqresə məxfi sənəd göndərib. Daha sonra Konqresdə Rusiyaya qarşı sanksiyalara dair məxfi brifinq keçirilib. APA

DİGƏR XƏBƏRLƏR

Top