Almaniyada iki nəfər 44 ton şokolad oğurladı

Almaniyada Frayburq-im-Braysqau şəhər polisi içərisində 44 ton şokoladın olduğu iki yük maşınının oğrulanmasını araşdırır.

Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, oğurluq hadisəsi yanvarın 27-də, gecə saatlarında baş verib.

Dəyəri 400 min avro təşkil edən şokoladların olduğu yük maşınları sənaye zonasındakı dayanacaqda yerləşib.

Oğrulardan birini tezliklə yaxalamaq mümkün olub.

İkinci qarətçi şokoladları başqa yerə yükləməyi bacarıb, buna görə də ikinci yük maşını boş tapılıb.

Hazırda polis faktla bağlı təhqiqat aparır.

DİGƏR XƏBƏRLƏR

Top