Afrin əməliyyatında daha bir strateji təpə alındı

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Burseya dağından sonra 915-ci təpə YPG terrorçularından azad edilib.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Afrinin qərbindəki Racu qəsəbə mərkəzinin cənubunda yerləşən 915-ci təpə həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib.

Bununla da “Zeytun budağı” əməliyyatının 10-cu günündə indiyədək 15 kənd, 1 məntəqə, 5 strateji dağ və təpə olmaqla 21 mövqe terrorçulardan təmizlənib.

Əməliyyatlarda 597 terrorçu zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top