Lotereyada 1 milyon dollar udduqdan 3 həftə sonra öldü

ABŞ sakini lotereyada 1 miyon dollar udduqdan üç həftə sonra vəfat edib.

Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sidni şəhərinin sakini Donald Savastano yanvarın 4-də lotereyada 1 milyon dollar udduqdan 21 gün sonra xərçəng xəstəliyindən ölüb.

O, lotereya biletini 10 dollara alıb, qoruyucu təbəqəni sildikdən sonra görüb ki, pul udub. Amerikalı 1 milyon dolları almağı gözləmədən birdəfəlik ödənişi əldə etməyə qərar gəlib ki, bu da 661,8 min dollar təşkil edib.

Yüni yük maşını almaq və borclarını ödəmək niyyətində olan D. Savastano ötən cümə günü vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top