Rusiyada etiraz aksiyalarında 266 nəfər saxlanılıb

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının tərəfdarlarının ötən gün keçirdikləri “seçicilərin tətilləri” etiraz aksiyalarında ümumilikdə 266 şəxs saxlanılıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, 16 şəhərdə keçirilmiş aksiyalarda saxlanılanlar sonradan buraxılıb: “Polis əməkdaşları məhkəmələrə göndəriləcək inzibati xətalar haqqında 175 protokol tərtib edib”.

“OVD-İnfo” müstəqil hüquq media layihəsi isə Rusiya üzrə 350 etirazçının saxlandığını iddia edir.

“Seçicilərin tətilləri”nin iştirakçıları A. Navalnının martın 18-də keçiriləcək prezident seçkilərinə buraxılmamasına etiraz ediblər.

A. Navalnının özü saxlandıqdan sonra tezliklə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top