HEYRƏTAMİZ HADİSƏ: 9 aylıq hamilə ikən ölən qadın morqda doğdu

Cənubi Afrikada insanları heyrətə salan bir hadisə baş verib. 33 yaşlı qadın ölümündən sonra uşaq doğub.

Bu haqda “Times Live” qəzeti yazıb. Qəzetin məlumatına görə, 9 aylıq hamilə ikən həyatını itirən bir qadın morqda doğum edib.

Belə ki, 33 yaşlı Nomveliso Nomasonto Mdoyini ölümündən 10 gün sonra morqdan tabuta daşıyan işçilər gənc qadının ayaqları arasında yeni doğulmuş ölü bir uşaq tapıblar.

Mthayisi kəndində məzarlığındakı cənazə evinin sahibi Fundile Makalana hadisəni belə nəql edib: “Cənazəni morqdan çıxarıb tabuta daşıdığımız zaman ayaqlarının arasında yeni doğulmuş ölü bir uşaq olduğunu gördük. Elə heyrətləndik ki, uşağın cinsiyyətinə belə baxmadıq. 20 ildir işləyirəm, amma indiyə kimi belə bir şey nə görmüşəm, nə də eşitmişəm".

Ölən qadının ailəsi bildirib ki, o, hamiləliyin 9-cu ayında nəfəs darlığı şikayəti ilə xəstəxanaya aparıldıqdan bir müddət sonra həyatını itirib.

Bu hadisəni eşidən bölgə camaatı qadının “cadugər” olduğunu əsas gətirərək, onun yandırılmasını istəyiblər. Ancaq ana və uşaq eyni məzarda dəfn olunub.

Mütəxəssislər isə qadın öldükdən sonra doğuşun mümkün olduğunu bildirib. Onlar əzələ boşalması və ya orqanizmdə yığılan bakteriyaların uşağın ana bətnindən çıxmasına səbəb olduğunu açıqlayıblar. Ailem.az

DİGƏR XƏBƏRLƏR

Top