Tacikistana halal olmayan ət məhsullarının gətirilməsi qadağan edildi

Tacikistan ölkəyə halal olmayan ət məhsullarının idxalını qadağan edib.

Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Dövlət Baytarlığa Nəzarət Xidmətinin bütün ət məhsulları tədarükçülərinə qaşı tələbində deyilir.

Qurumdan bildiriblər: “Bu cür icazəni almaq üçün mütəxəssislərimiz xarici müəssisələrdə istehsal prosesini əyani surətdə görməlidirlər. Bundan başqa, məhsula “Halal” əmtəə nişanı vurulmalıdır. Yalnız bu şərtlər altında istehsalçı öz məhsulunu Tacikistana gətirməyə icazə ala bilər”.

Qeyd edək ki, Tacikistan dünya üzrə halal turizm reytinqində 26-cı yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top