Rusiyada bir ilə doğum sayı 11 faizə yaxın azalıb

2017-ci ildə Rusiyada doğum sayı 2016-cı illə müqayisədə 10,9 faiz azalıb.

Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, ötən il Rusiyada 1,6899 milyon nəfər anadan olub ki, bu da 2016-cı ilə nosbətən 203,4 min nəfər azdır. Bununla belə, 2016-cı illə müqayisədə ötən il Rusiyada ölüm sayı 63,6 min nəfər (3,9 faiz) azalaraq 1,8243 milyon nəfər təşkil edib.

2017-ci ildə qeydiyyata alınan nikahların sayı 1,0497 milyon təşkil edib, bu da 2016-cı ildəkindən 63,9 min çoxdur. Eyni zamanda ötən il boşanmaların sayı 3,1 nəfər artıb. Belə ki, 611,4 min ailə nikahı pozub. 2016-cı ildə 608,3 min boşanma qeydə alınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top