
ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.
Amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.
“Müsəlmanlardan nifrət edirsinizmi?” - sualına D.Tramp “Yox, bu yalandır” - deyə cavab verib.
ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”. Trend
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                