Sakit okeanda itən gəminin sərnişinləri bir aydan sonra tapılıb

Sakit okeanda bir aydan çox axtarılan itkin düşmüş gəminin yeddi sərnişini tapılıb. Bu barədə xarici KİV məlumat verir. Yeni Zelandiyanın Hərbi Hava Qüvvələri Şakin okeanın Kiribati respublikasına aid ərazi sularında göyərtəsində bir neçə sərnişinin olduğu qayığı aşkar edib.

Qayıq Nauru adasının 300 km cənub-şərqində tapılıb. Xilasedicilər qayıqdakı sərnişinləri su və qida ilə təchiz edib. Daha sonra balıqçı qayığı onları ərazidən aparıb.

Qeyd edək ki, dekabrın 18-də göyərtəsində 50 nəfərin olduğu gəmi Nonouti adasının limanından çıxaraq, iki gün sonra Kiribatinin paytaxtı Cənub Taravaya çatmalı idi.

Lakin iki gün sonra gəmi itib və onun axtarışına başlanılıb. report

DİGƏR XƏBƏRLƏR

Top