Bakıda “Jaguar” yandı

Paytaxtın Yasamal rayonunda avtomobil yanıb. Bu barədə FHN-dən məlumat verilib. Məlumatda bildirilir ki, ümumi sahəsi 30 m2 olan qarajın içərisində “Jaguar” markalı minik avtomobilinin mühərriki və salonu yanıb. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top