Kabildə dəhşətli partlayış: 95 ölü, 156 yaralı

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb. “RİA Novosti”nin istinadən verdiyi xəbərə görə, partlayış səfirliklər və inzibati binaların yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində baş verib. Məlumata görə, partlayışı minalanmış təcili yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib. Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib.

“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. apa

DİGƏR XƏBƏRLƏR

Top