Çexiya əhalisi öz prezidentini seçdi

Miloş Zeman Çexiya prezidenti seçkilərinin ikinci turunda liderlik edir. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, seçki məntəqələrinin 95 faizində nəticələrin hesablanmasından sonra indiki Prezident M. Zeman səslərin 52,26 faizini toplayraq rəqibi Yirji Draqoş üçün əlçatmaz olub. Sonuncu səslərin 47,8 faizini qazanıb. Təqribən 2,64 milyon nəfər, M. Zemana, 2,42 milyona yaxın seçici isə Y. Draqoşa səs verib.

M. Zeman 13 diyarın 11-də qalib gəlib, yalnız Praqa və Mərkəzi Çexiya diyarında uduzub.

Prezidentin inauqurasiya mərasimi martın 8-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top