Suriyalı müxaliflər Soçi konqresinə getməyəcəklər

Suriyalı müxaliflərin təşkil etdiyi Müzakirə Ali Komitəsi (MAK) yanvarın 29-30-da Soçidə keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresinə qatılmamaq barədə qərar qəbul edib.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu MAK-ın sədri Nasir Həriri deyib. Vyanada iki gün davam edən danışıqlardan sonra aşıqlama verən N. Həriri qeyd edib ki, Əsəd rejiminin siyası keçid üçün qərarlığını sınaqdan keçirən beynəlxalq danışıqlar prosesi ötən gün etibarı ilə başa çatıb.

O, Vyanada BMT, Rusiya, Türkiyə və digər ölkələrlə müsbət danışıqlar apardıqlarını bildirib. N. Həriri siyasi keçid müzakirələrini Cenevrə prosesi çərçivəsində davam etdirəcəklərini diqqətə çatdırıb. MAK sədri Türkiyəni Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirərkən vurğulayıb ki, PYD Türkiyədən öncə suriyalılar üçün problem təşkil edir: “Onların milisləri var. Dins sakinlərə qarşı atəşkəsi pozurlar”.

DİGƏR XƏBƏRLƏR

Top