Dünyanın ən varlı ərəbi həbsdən buraxıldı

Səudiyyəli milyarder və şahzadə Əl-Vəlid ibn Talal həbsdən azad edilib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu korrupsiyada ittiham olunan şahzadənin ailəsi xəbər verib. Şahzadənin artıq evə qayıtdığı bildirilir. Səudiyyə Ərəbistanı hakimiyyəti ondan azad edilməsi müqabilində 6 milyard dollar istədiyi, lakin şahzadənin bu məbləği ödəməkdən imtina etdiyi deyilirdi.

Xatırladaq ki, ötən il noyabrın 5-də Kral ailəsinin onlarla üzvü, dövlət məmurları və sahibkar maliyyə cinayətlərində və vəzifə səlahiyətlərini aşmaqda ittiham olunaraq Ər-Riyaddakı “Ritz Carlton” otelində həbsdə saxlanılıb. İttiham olunanların 95 faizi vəsaitlərinin bir qismini hökəmətə verərək azadlığa çıxıblar. Əl-Vəlid ibn Talal Səudiyyə Ərəbistanının birinci Kralı Əbdüləziz ibn Səud əs-Səudun nəvəsi, 20-ci şahzadə Talal ibn Əbdüləziz əs-Səudun 20-ci şahzadəsidir. 18 milyard dolları olan şahzadə dünyanın ən varlı ərəbidir.

DİGƏR XƏBƏRLƏR

Top