Zaxarova: Kürdlər Soçi konqresində olacaqlar

Kürd siyasi qüvvələrinin nümayəndələri yanvarın 29-u və 30-unda Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə gələcəklər.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, kürd nümayəndələrini Soçidəki konqresə dəvət etmək elə də asan olmayıb, çünki xeyli sayda oyunçu məhz kürd əhalinin, hətta əhali deyil, kürd nümayəndəsinin belə oraya gəlməməsi üçün hər şey edirdilər.

XİN nümayəndəsi diqqətə çatdırıb ki, Rusiyanın mövqeyi dəyişməz olaraq qalır: “Kürd əhalisi olmadan irəliyə addım atmaq olduqca çətin olacaq. Kürd əhalinin sonuncu yer tutmadığı böyük ölkənin taleyi haqqında geniş dialoq kürd xalqının nümayəndələri olmadan mümkün deyil”. O əlavə edib ki, Qərb dövlətləri Suriyanın dövlət kimi ərazi bütövlüyünün qorunmasında maraqlı deyil.

Qeyd edək ki, Soçidə keçirilməsi planlaşdırılan konqresə təxminən 1,5 min nümayəndə heyətinin gəlməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top