ABŞ-da qrip epidemiyası tüğyan edir: 37 uşaq ölüb

ABŞ-ı son illərin ən iri mövsümi qrip epidemiyası bürüyüb.

Yeniavaz.com-un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq Mərkəzindən (CDC) bildiriblər ki, qripdən artıq 37 uşaq ölüb, onlardan yeddisi ötən həftə dünyasını dəyişib.

ABŞ-da qripə yoluxma faktlarının 9,1 faizi ölümlə nəticələnib. Xəstəliyə tutulma göstəricisi 2009-cu ildə “donuz qripi” pandemiyasının göstəricilərinə yaxşılaşır.

Qrip epidemiyası artıq üç həftədir davam edir və demək olar bütün ştatları əhatə edib. Güman edilir ki, baharadək 34 milyonadək amerikalı qripə tutulacaq.

DİGƏR XƏBƏRLƏR

Top